Cümə axşamı, 09 May

Polis itkin düşən bu qadını axtarır - FOTO

image

Bakıda itkin düşmüş qadın 2 ildir tapılmır.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan 42 yaşlı Ruqiyyə Rzayeva 2021-ci ilin iyun ayında yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

"Onun əlamətləri belədir: Boyu təxminən 156 sm, arıq bədən quruluşlu, qarabəniz, qara buruq saçlı, gözlərinin rəngi qəhvəyidir. Sol əl-qol nahiyəsində böyük yanıq, hər iki ayağında isə kiçik ölçülü kəsik izləri var. Şəkildəki qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102-Zəng Mərkəzi”nə, həmçinin (012) 454-22-22 şəhər və (050) 221-16-56; (055) 252-22-22 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32