Bazar, 19 May

“Bu, dünya müharibəsi demək olacaq” – Zelenskidən Rusiyaya

image

“Donbas münaqişəsinin böyüməyəcəyinə inanıram, çünki bu, dünya müharibəsinə səbəb ola bilər və dünya buna hazır deyil”.

Xəbər verilir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Dünya və Avropa genişmiqyaslı bir müharibəyə hazırıdırmı? Düşünürəm ki, heç kim hazır deyil. Qənaətimə görə, Rusiya da buna getməz, çünki əks halda dünya müharibəsi başlaya bilər”, - Zelenski qeyd edib.

Ukrayna lideri son bir ayda eskalasiyanın azaldığını söyləyib:

“Düşünürəm ki, güclü eskalasiya var idi, amma bu gün dayanıb. Gərginlik son bir ayda azalıb. Gələcəkdə genişmiqyaslı müharibənin olmayacağına inanırıq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41