Çərşənbə, 08 May

Ukrayanada nə qədər rus hərbiçisi öldürülüb? – Yeni rəqəm açıqlandı

image

BBC rus dilindəki xidməti "Mediazona" jurnalistləri və bir qrup könüllü ilə birlikdə Rusiyanın Ukraynada itirdiyi 21 700 hərbçisinin şəxsiyyətini müəyyənləşdirə bilib.

Jurnalistlərin məlumatına görə, ölənlər arasında ən azı 3400 elit hərbi mütəxəssis var - bunlar QRU (Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi)və Rusiya Qvardiyasının xüsusi təyinatlı əsgərləri, paraşütçülər, dəniz piyadaları və hərbi pilotlardır.

BBC 1694 hava-desant qoşunu, 625 dəniz piyadası, 451 Rusiya Qvardiyasının xüsusi təyinatlı, 334 QRU xüsusi təyinatlı, 139 hərbi pilotu və 47 Federal Müdafiə və Təhlükəsizlik Xidmətlərinin zabitlərinin adlarını müəyyən edə bilib.

Araşdırmaya görə, ölən xüsusi təyinatlıların 18%-i zabitlərdir. Ekspertlər bildirirlər ki, çoxlu sayda elit hərbçinin həlak olmasının səbəbi Rusiya komandanlığının xüsusi təyinatlı əsgərlərdən başqa məqsədlər üçün istifadə etməsi və onları birbaşa toqquşmalara göndərməsidir.

BBC vurğulayır ki, söhbət yalnız hərbçilərin ölümü ilə bağlı təsdiqlənmiş, məlumatlardan gedir və itkilərin real sayı xeyli çox ola bilər.

Həm Rusiya, həm də Ukrayna itkilərlə bağlı məlumatları açıqlamırlar. Qərb kəşfiyyatının hesablamalarına görə, Rusiya ordusunun ölən və yaralananlarla birgə itkisi 200 min nəfərə çata bilər - onlardan 60 minə qədəri ölə bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56