Çərşənbə, 08 May

“Vampirlər kralı”nın qəsri açıldı – İçəri girənləri sürpriz gözləyir

image

Rumıniyada “Qraf Drakulanın qəsri” adlandırılan Bran qəsrində pulsuz COVID-19 peyvəndləmə məntəqəsi açılıb.

Xəbər verilir ki, peyvəndləmə hər cümə, şənbə və bazar günləri may ayı marafonu çərçivəsində keçiriləcək.

Gələnlərə “Pfizer” və “BioNTech”in peyvəndləri vurulacaq.

“Vampirlər kralı”nın qəsrində bütün peyvəndlənənlərə xüsusi sertifikat veriləcək. Bundan əlavə, orta əsrlərə aid işgəncə alətləri sərgisinə pulsuz bilet alacaqlar.

Bundan əvvəl ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Fil Mörfi sakinlərə koronavirus əleyhinə peyvəndlər üçün pulsuz pivə vəd etmişdi. May ayında peyvənd olunan hər yetkin şəxsə bir qədəh pivə veriləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56