Şənbə, 27 Aprel

Süni intellektə qarşı çıxan İlon Mask özü süni intellekt şirkəti yaratdı - Niyə?

image

“Ən yaxın zamanlarda tamamilə yeni bir texnoloji dünyanın şahidi olacağıq”- Osman Gündüz

Amerikalı sahibkar İlon Mask ABŞ-da süni intellektə nəzarət edən agentliyin yaradılması ilə bağlı çağırış edib.

Xəbər verilir ki, sahibkar süni intellektin inkişafına ciddi yanaşmağın vacibliyini vurğulayıb. Milyarder ABŞ-da qida, dərman və avtomobil sektoru üzrə çox sayda lisenziyalı agentliklərin və digər təşkilatların fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, bu sahəni də araşdıraraq xüsusi qaydalar tərtib edə biləcək tənzimləyici qurumun yaradılması zəruridir. Beləliklə, bəşəriyyət üçün süni intellektin faydalarından geniş formada yararlanmaq daha əlçatan olacaq.

Nəzərə çatdıraq ki, bu günlərdə İlon Mask da daxil olmaqla, mindən çox mütəxəssis süni intellektə (AI) qarşı müraciət-məktub imzalamışdı. Bu fəaliyyətlərin 6 ay müddətinə dayandırılması tələb olunurdu. Dəyişən nə oldu? İlon Maskın əks fikirlərinin arxasında hansı məqamlar dayanır?

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bizimlə söhbətdə dedi ki, çağırışlara səbəb İlon Maskın özünün süni intellekt şirkəti yaratmasıdır: “Görünür ki, bu sektorda bütün oyun qaydaları pozulub. Süni intellektin bəşəriyyət üçün təhlükələr yarada biləcəyini söyləyib buna imza atanlar özləri bu sahədə böyük işlərə girişirlər. İlon Maskın Tesla, SpaceX, Starlink, Twitter, Neuralink və s. şirkətlərinə daha biri əlavə olunub. Bir neçə gün öncə o, X.Aİ süni intellekt şirkəti yaradıb. Hazırda bu şirkət üçün ən yaxşı mütəxəssisləri və investorlar cəlb etməklə məşğuldur. Maraqlıdır ki, hazırda ən öndə gedən ChatGPT süni intellekt həllinin sahibi olan Open.Aİ şirkətinin formalaşmasında da İlon Mask iştirak edib. Sonradan fikir ayrılıqları olduğundan bu şirkətdən kənarlaşıb. Güman etmək olar ki, İlon Mask hazırda bazar dəyəri 30 milyard dollar olan bu qurumdan ayrılmasıyla hesablaşmaq istəmir. Həm də, onun da imzası olan müraciətə etinasızlıq dünyanın ən zəngin insanını, necə deyərlər, hirsləndirib. Görünən odur ki, süni intellekt bazarında kəskin rəqabət formalaşmaqdadır”.

Ekspert əlavə edib ki, texnologiyaların inkişafının yarada biləcəyi təhlükələrlə bağlı oxşar müraciətlər əvvəllər də olub: “Xatırlayıram ki, bir neçə il öncə süni intellektdən müharibələrdə istifadə edilməməsi ilə bağlı məşhurların hökumətlərə müraciəti olmuşdu. Heç bir nəticəsi olmadı. Görünür ki, İlon Maskın, Apple və Ripple kimi nəhəng qurumların rəhbərlərinin və məşhur universitetlərin professorlarının da süni intellekt sahəsində araşdırmaların dayandırılması ilə bağlı məktubuna mövcud bazar oyunçuları tərəfindən heç bir reaksiya verilməməsi bu bazara yeni, daha nəhəng oyunçuların daxil olmasına səbəb olacaq. Bütün qeyd olunan təhlükələrə baxmayaraq bəşəriyyət süni intellektin bu formada sürətli və rəqabətli formada inkişafından nə qazanacaq? Xeyri, yoxsa fəsadları çox olacaq? Hələlik bunu proqnozlaşdırmaq asan deyil. Dünyanın ən zəngin investorları süni intellekt sektoruna milyardlarla yatırımlar edirlər. Hədsiz böyük rəqabət formalaşıb bu mühitdə. Güman ki, ən yaxın zamanlarda biz tamamilə yeni bir texnoloji dünyanın şahidi olacağıq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36