Şənbə, 27 Aprel

“Fransa görsün ki, ermənilər əsir əsgərlərimizə qarşı hansı vəhşilikləri edirlər...”

image

“Biz həmin əsirlərin Ermənistanda saxlanılması və onların amansızcasına döyülməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməliyik”. 

Bu sözləri açıqlamasında Milli Məclisind deputatı Etibar Əliyev deyib. 

O, aprelin 10-da sərhədin Şahbuz rayonu istiqamətində itkin düşən hərbçilərimizin Ermənistanda əsir götürülərək vəhşicəsinə döyülməsi faktına münasibət bildirib.

Öz növbəsində, E.Əliyev söyləyib ki, bu, ardıcıl erməni vəhşiliyinin növbəti nümunəsidir:

“Əslində, hər zaman onlar bizə hücum ediblər. Bizim əsirlərə münasibətimizi isə bütün dünya bilir, biz heç zaman onlarla bu cür davranmamışıq”. 

“Bu millət illər keçsə də, hələ də vəhşi olaraq qalır. Son təxribatda da 3 hərbçimizi şəhid etdilər. Vaxtında Xocalıda yaşlı, qadın və uşaqlarımızı diri-diri yandırıb Kərkicahanda bacı-qardaşlarımıza qiyam tutublarsa, heç şübhəsiz ki, bu hərəkətlər də onun tərkib hissəsidir”, - ermənilərin törətdiyi vəhşiliklərə etiraz edərkən bəyan edib. 

Milli Məclisin deputatı onu da əlavə edib ki, ermənilər hər zaman bizimlə sülh danışıqlarından yayınıb:

“Bu millət hər zaman bizi düşmən hesab edib və bu cür qisas almaq yolunda davam edir. Onlar 44 günlük müharibədəki böyük qələbəmizi və verdikləri itkiləri unutmurlar. Biz əsrin əvvəllərindən bu faşist tayfanın vəhşilikləri ilə üzbəüz qalmışıq. İndi də həmin o vəhşilikləri davam etdirirlər. Əsirimizə qarşı olan münasibəti də bunun tərkib hissəsi kimi qiymətləndirmək lazımdır”. 

Millət vəkilinə görə, ermənilərin əsgərimizə qarşı etdiyi vəhşiliklərin geniş şəkildə dünya ictimaiyyətinə çatdırılması vacibdir:

“Erməninin tərəfində olan, özlərini dünyanın sivil dövləti kimi təqdim edən Fransa və başqa ölkələr görsünlər ki, bunlar özünü heç bir müdafiə imkanı olmayan əsgərə qarşı hansı vəhşilikləri ediblər. Bu hadisəni geniş şəkildə paylaşmaq lazımdır ki, bu vəhşiliklərin bir nümunəsini də görsünlər”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45