Şənbə, 27 Aprel

İranda kütləvi aksiyaya çağırış edildi

image

İran Tələbə Birlikləri vətəndaşlara rejimin orta çağdan qalma qanunlarına qarşı çıxmaları üçün aprelin 15-nə təyin edilən aksiyalara qoşulmaları ilə bağlı çağırış edib.

Xəbər verilir ki, bəyanatda Tehran rejimində repressiyaların davam etdiyi və buna etiraz edilməsi gərəkdiyi bildirilib.

Qeyd edilir ki, etiraz aksiyalarının səngiməsindən sonra rejimin qadınlara qarşı məhdudiyyətləri artırılıb. Onlar hicab bəhanəsi ilə universitetlərə, ictimai nəqliyyata və iaşə obyektlərinə buraxılmır.

İranda həbsxanalarda saxlanılan bir neçə tanınmış siyasi fəal və hüquq müdafiəçisi də çağırışlara qoşulub və əhalini etiraz aksiyalarına səsləyib.

Xatırladaq ki, çağırışa İran rəsmilərinin və polis qüvvələri komandiri Əhmədrza Radanın məcburi hicab qaydalarını pozanlara qarşı sərt tədbirlər barədə xəbərdarlığı səbəb olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36