Şənbə, 27 Aprel

Canavar kəndə hücum etdi - 4 nəfəri yaraladı

image

Türkiyədə canavar kəndə hücum edib.

Xəbər verilir ki, hadisə ötən gün saat 09:00 radələrində Ərzurumun Tortum rayonundakı Kireçli kənd məhəlləsində baş verib.

Evindən heyvanları yemləmək üçün tövləyə gedən 6 uşaq anası Destegül Uğurlu canavarla qarşılaşıb. Canavar pnun çənəsini dişləyərək ağır yaralayıb. Qadının "imdad" qışqırması və fəryadına kənd sakinləri yetişib. Qurd köməyə gələnlərdən 3 nəfərə də hücum edərək müxtəlif yerlərindən yaralayıb. Daha sonra kənd sakinləri canavarı ov tüfəngi ilə vuraraq öldürüblər.

Canavarın hücumundan yüngül xəsarətlərlə xilas olan İlhami Akbulut və Vediye Kırmızıaslan xəstəxanada ambulator olaraq müalicə aldıqdan sonra evə buraxılıblar. Çənəsindən ağır yaralanan Destegül Uğurlu və ayağından dişlənən Serdar Aydınlı isə üz-çənə cərrahiyyəsi klinikasında müalicə alıb. Daha sonra onlar da evə buraxılıb.

Canavarın yaraladığı pişik və itlər peyvənd edilib. Quduzluq şübhəsi ilə bağlı canavarın başı Ərzurum Baytarlıq Araşdırma İnstitutuna göndərilib. Qurdda quduzluq olub-olmadığı yoxlanılacaq. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45