Cümə, 26 Aprel

Bu il universitetlərə keçid balı 150-yə düşəcək? - Açıqlama

image

Martın 5-i və 12-də keçirilən buraxılış imtahanlarının çətin olduğu bildirilir. Ehtimal olunur ki, imtahanların nəticələri aşağı olacaq. Zəif nəticə göstərən abituriyentlərin 150 ballıq ixtisaslara daha çox üstünlük verəcəyi gözlənilir. Bu il 150 ballıq ixtisasların sayı artırıla bilərmi? Qruplar üzrə plan yerlərinin sayı artacaqmı? 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı bildirib ki, bu il plan yerlərinin sayı 60 000 olacaq: 

“İlk növbədə qeyd edim ki, imtahanların çətinlik səviyyəsini nəticələr elan olunduqdan sonra bilmək olar. Mən bu il nəticələrin əvvəlki illərlə müqayisədə ciddi şəkildə fərqlənəcəyinə inanmiram. Əlbəttə, istər 5 mart, istər 12 mart imtahanlarında Azərbaycan dili və riyaziyyat fənnindən təqdim edilmiş iki test tapşırığının ağırlıq səviyyəsi blok imtahanı səviyyəsində idi. Yəni buraxılış imtahanına uyğun deyildi. Amma bütün hallarda biz daha yaxşı hazırıqlı şagirdi seçmək üçün bu tipli tapşırıqlardan istifadə etməliyik. Qeyd edim ki, 150 ballıq ixtisaslara bu imtahanların nəticəsində yox, may ayında keçiriləcək blok imtahanlarından sonra qəbul olmaq mümkün olacaq. 1-ci ixtisas qrupunda 150 ballıq ixtisaslar daha çox kənd təsərrüfatı ixtisaslarıdır. Keçən ildən etibarən 150 ballıq ixtisaslara 3-cü qrupda daha yaxşı qəbul ola bilirlər. Misal üçün, 150 ballıq ixtisaslara 1-ci qrupda 2022-ci ildə 198 balla qəbul olmaq mümkün olmuşdusa, 3-cü qrupda coğrafiya fənnindən imtahan verib hətta 0 bal toplayan abituriyent 157 balla Azərbaycan Dillər Universitetinin regionşünasliq ixtisasına qəbul olmuşdu. 3-cü qrupda 150 ballıq ixtisaslar sosial iş və regionşünaslıq ixtisaslarıdır. Bu ixtisaslara təbii ki, coğrafiya fənnindən imtahan verərlərsə daha az balla, daha rahatlıqla qəbul olmaq imkanına malik olurlar. Ona görə də biz ümumilikdə şansları eyni qiymətləndirə bilərik. Amma 150 ballıq ixtisaslar arasında ən şanslısını 4-cü qrupda görə bilirik ki, orda daha asandır. Hətta dövlət universitetlərinə 150 balla qəbul olmaq mümkündür".

Ekspert vurğulayıb ki, bu il ali təhsil müəssisələrinə plan yeri ciddi şəkildə artacaq: "Müqayisə aparsaq görərik ki, 2010-cu ildə ali təhsil müəssisələrinə plan yeri 29 000 idisə 2023-cü ildə 60 000 olacaq. Ötən il bakalavr pilləsinə plan yeri 50 000 idisə bu il 60 000 olacaq. Təbii ki, bütün ixtisas qrupları üzrə plan yerlərinin artması eyni zamanda artan plan yerlərinin içərisində 150 ballıq ixtisasların artması da gözlənilir. Bu ali təhsil müəssisələrinin maddi vəziyyəti düzəltmək üçün atılan addımdır. Hətta 2026-ci ildə plan yeri 75 000 olacaq. Yüksək balla formalaşan ixtisaslar var, aşağı bal formalaşan ixtisaslar var. Sənətşünaslıq ixtisasları o qədər də yüksək ballı ixtisaslar deyil və boş qala bilir və mən düşünürəm ki, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ixtisasları, kitabxanaçılıq ixtisası, tərcümə ixtisasları - ərəb dili,fars dili boş qalır. Plan yerleri boş qalanda təhsil müəssisələri ciddi itkiyə məruz qalır. Plan yeleri boş qalan ixtisasların müsabiqə şərtləri dəyişdirilməlidir”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33