Şənbə, 27 Aprel

Kreml elitası ŞOKDA - Putin bütün sevimli beynəlxalq konfranslarını BURAXACAQ

image

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı RF prezidenti Putinin beynəlxalq sammitlərə səfərlərini şübhə altına alıb.

Xəbər verilir ki, bu qərar prezidentin ətrafı üçün də ciddi narahatıq doğurub.

Rusiyanın müxalif iqtisadçı və siyasətçisi Vladimir Milov Putinin həbsinə dair orderin prezidentin beynəlxalq əlaqələrinə necə təsir edəcəyi barədə danışıb.

BRİKS sammiti

Hindistan Azərbaycanın BRİKS sammitində iştirakını 

Məlum olduğu üzrə, Putin bu ilin avqustunda Cənubi Afrika Respublikasında keçiriləcək BRİKS sammitinə dəvət olunub. Əvvəllər Putin BRİKS sammitlərində iştirak edirdi, lakin 2023-cü ildə Cənubi Afrikaya səfəri prezident üçün həbsxanaya çevrilə bilər. Cənubi Afrika Respublikası Beynəlxalq Cinayət Məhkəməsinin təsis sənədi olan Roma Statutunu imzalayan ölkədir. Cənubi Afrika prezidentinin sözçüsü Vinsent Maqvenia artıq respublikanın Putinin onların ərazisinə düşəcəyi təqdirdə həbs edilməsi ilə bağlı "hüquqi öhdəliklərini dərk etdiyini" bildirib.

Cənubi Afrika Respublikası Putini həbs etməyə hazır olduğunu bəyan edən yeganə Rusiyaya dost ölkə deyil. Braziliyanın xarici işlər naziri Mauro Vieira da Braziliyanın BCM-nə hörmət etdiyini, qərarlarını tanıdığını və Putinin Braziliyaya səfər edərkən “problemlər yaşaya biləcəyini” deyib.

G20 sammiti

G20-nin fövqəladə sammiti keçiriləcək

Rusiya 2023-cü ilin dekabrında Hindistanda keçiriləcək G20 sammitinə də dəvət olunub. Hindistan Roma Statunu ratifikasiya etməyib və ondan Putinin Haaqaya ekstradisiya etmək tələb olunmur.

Ötən il G20 sammiti İndoneziyada keçirilib, Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edib. Dmitri Peskovun sözlərinə gore, İndoneziya tərəfinin şəxsi dəvətinə baxmayaraq, Putin sammitə getməmək qərarına gəlib. Siyasətçi və iqtisadçı Vladimir Milova gore isə, Putin artıq tranzit ehtiyacı olan ölkələrə getməkdən qorxur. Üçüncü ölkələrin hava məkanı həqiqətən də Rusiya prezidenti üçün böyük problemə çevrilə bilər.

APEC Forumu

Thailand Expects Putin to Attend APEC Summit in November, Foreign Minister  Says - 06.09.2022, Sputnik International

APEC-in növbəti forumu 2023-cü ilin noyabrında ABŞ-da keçiriləcək. Ev sahibi tərəf Rusiyanı dəvət edəcəyinə söz verib. ABŞ Roma Statutunun üzvü deyil, lakin Beynəlxalq Cinayət Məhkəməsinin qərarını dəstəkləyir. Bayden bunu "əsaslı" adlandırıb, çünki o, Putini hərbi cinayətkar hesab edir.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Forumu

XİN başçısı: "Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycana müşahidəçi statusunun  verilməsinə baxır" - TURAN

2023-cü ildə ŞƏT-in növbəti iclası Tacikistanda keçiriləcək. Ötən il Putin ŞƏT forumunda iştirak edib. Tacikistan Roma Statutunun tərəfidir və Putini həbs etmək üçün qanuni öhdəliyi var. "Bu, Kreml üçün böyük başağrısıdır, onlar Putinin həbs olunmayacağına dair xüsusi təminat almalı olacaqlar", - deyə Milov bildirir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33