Cümə, 26 Aprel

Leonardo da Vinçi əslən Qafqazdanmış - İDDİA

image

İntibah dövrünün ən parlaq nümayəndəsi, məşhur rəssam Leonardo da Vinçinin anası Qafqazdan olub. İtaliyalı alim, yazıçı Karlo Veççe idda edir ki, Vinçinin anası çərkəz qızı olub.

Məlumata görə, alim bu faktları Florensiyadakı dövlət arxivlərində tədqiqat apararkən tapıb. Arxivdə Leonardonun anadan olmasından yarım il öncə, yəni 1452-ci ildə qul çərkəz qızının azad edilməsinə dair sənəd tapılıb. Bu öz dövrünün notarial aktı sayıla bilər. Sənəddə qeyd edilir ki, azad olunan çərkəz qadın Katerina Qafqazda yaşayan çərkəz knyazı Yakovun qızı imiş. Sənədi kəniz qadının ağası, Vinçinin atası Pyero da Vinçi imzalayıb.

Alimin iddiasına görə, Katerina Florensiyaya Venesiyadan qul kimi gətirilib. O, toxuculuqla məşğul olur və muzdlu süd anası kimi varlı ailələrə qulluq göstəririmiş. Burdan aydın olur ki, böyük rəssam onun ilk övladı olmayıb.

Qeyd edək ki, professor Veççe L’Orientale Universitetində işləyir. O, Vinçinin həyat və yaradıcılığını araşdıran ən nüfuzlu mənbə və mütəxəssis hesab olunur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33