Cümə, 26 Aprel

Avstriya - Azərbaycan oyununa biletlərin hamısı satılıb

image

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Avstriya - Azərbaycan oyununa biletlərin hamısı satılıb.

Xəbər verilir ki, bu barədə Avstriya Futbol Assosiasiyasının baş direktoru Bernhard Neuhold məlumat verib.

Onun sözlərinə görə, “Raiffeisen Arena”dakı qarşılaşma üçün satışa çıxarılan 17 000 bilet tükənib. Azərbaycan millisi ilə matçdan üç gün sonra Estoniya ilə eyni stadionda baş tutacaq görüşə də maraq böyükdür. Baş direktor həmin qarşılaşma üçün satışda cəmi 1000 biletin qaldığını bildirib.

Qeyd edək ki, martın 24-də keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33