Çərşənbə, 08 May

Xurma şirin olsun deyə qlükoza siropuna batırırlar - TƏHLÜKƏ

image

“Diabet xəstələri diqqətli olsunlar” – Qida texnoloqundan xəbərdarlıq

​“Qarşıdan Ramazan ayı gəlir və iftar süfrələrimizdə xüsusi yer tutan xurmalar artıq qida dələduzluğuna məruz qalır”.

Bu barədə qida texnoloqu Yusif Həkim bildirib.

 WhatsApp Image 2023-03-14 at 16.13.33.jpeg (111 KB)

O qeyd edib ki, xurma alarkən diqqətli olmaq lazmdır: “Xüsusilə, qablaşdırılmanın bütövlüyünə, etiket məlumatlarına və saxlama şərtlərinə diqqət etməliyik. Ramazan ayında böyük tələbat olan xurmanın Mədinə, Bağdad, Qüds, İran, Tunis, Afrika, İsrail kimi bir çox çeşidi var və bu çeşidlərə görə də qiymətləri dəyişir. Bunların içində daha balaca və dadsız olanı Afrika xurmasıdır. Dələduzlar bu xurmaların daha parlaq görünməsi və dadlı olması üçün qlükoza siropuna batırırlar. Xurmaya qlükoza siropunun əlavə edilib-edilməməsi ilə bağlı ən etibarlı məlumatı etiketdəki məlumatlardan ala bilərik. Xurmanın çox parlaq və yapışqan quruluşunun olması bizə ip ucu verə bilər, lakin bu hallar tam sübut deyil”.

Ekspert əlavə edib ki, əslində etiket məlumatlarını yoxladığımız zaman ümumi şəkər tərkibi baxımından qlükoza siropu əlavə edilmiş xurma ilə əlavə edilməmiş xurma arasında çox da fərq yoxdur: “Hətta bəzən tərkibində qlükoza siropu olan xurmalarda daha az kalorili olduğunu görə bilərik. Burada əsas məsələ xurmanın qlisemik indeksidir. Aşağı qlisemik indeksi olan qidalarla qidalandıqda qlükoza daha yavaş və müntəzəm olaraq ifraz olunur. Bu şəkildə mədəaltı vəzi çox insulin ifraz etmir və uzun müddət toxluq hiss olunur. Qlisemik indeks (GI) nədir? Bu indeks qidaların qan şəkərini necə yüksəltdiyini göstərən bir meyardır. Yüksək qlisemik indeksi olan qidalar yeyərkən qan şəkərimiz sürətlə yüksəlir. Qan şəkərinin həddindən artıq artması, mədəaltı vəzi tərəfindən həddindən artıq insulin istehsalı, yağlanma, qan şəkərinin ani düşməsi, aclıq hissi və bunun səbəb olacağı zəncirvari reaksiyaya səbəb olaraq bizə zərər verir. Bu vəziyyət illər keçdikcə piylənməyə, insulin müqavimətinə, hüceyrə və damar divarlarında pozğunluğlara, genetik meylli insanlarda "tip 2" diabet, hipertoniya və ateroskleroz kimi xəstəliklərə səbəb ola bilər. Araşdırmalar göstərir ki, xurmanın "GI" indeksi aşağı həddədir. Qlükoza isə yüksək "GI" indeksinə sahibdir. Buna görə qlükoza siropuna batırılmamış xurmalara üstünlük verilməlidir.

Qlükoza siropu bədənə daxil olarkən onun şəkər balansını və hormonal sistemini pozur. Bundan əlavə qlükoza siropları fruktozaya da sahib olduqları üçün insulinə ehtiyac olmadan da triqliserid və yağlara çevrilir. Qaraciyərimiz də bu prosesdən yorulur. Xurmanın gövdəsinin yerində olması da çox vacibdir. Əks halda xurma tez quruya biləcəyi üçün qurd və kif riski artır. Bu səbəbdən gövdəsiz xurmanı istehlak edərkən içini açıb yoxlamaq vacibdir. Xurmanın xarici səthinin açıq rəngli olması onun yaxşı yetişmədiyini, daxili lətli hissəsinin tünd rəngdə olması isə onun köhnə olduğunu göstərir. Həmçinin xurmanın qabığında çatlar varsa, qabığı soyulursa, bu o deməkdir ki, məhsul süni üsullar ilə qurudulub. Belə xurmaların istehlak edilməməsi məsləhət görülür”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56