Şənbə, 27 Aprel

Macarıstanda 19 avtomobil yandı: Çox sayda xəsarət alan var - FOTO

image

Macarıstanda 40-a yaxın avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub. Qəza nəticəsində 19 avtomobil yanıb.

Xəbər verilir ki, bu barədə "Associated Press"in yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, hadisə martın 11-də Budapeştdən 25 kilometr qərbdə, M1 şossesində baş verib.

Qəza nəticəsində 36 nəfər xəsarət alıb. 13 nəfər ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Macarıstan avtomagistral operator şirkətinin məlumatına görə, qəzaya səbəb toz fırtınasından görmə qabiliyyətinin zəifləməsi ola bilər.

Hadisə yerinə 4 xilasedici helikopter, həmçinin yaxınlıqdakı şəhərlərdən yanğınsöndürmə və xilasetmə qrupları gəlib. Günün qalan hissəsində M1-də hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36