Şənbə, 27 Aprel

Bakının məşhur parkı hasara alındı - Bağlanır - FOTO

image

Paytaxt Bakıda, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov parkına giriş bu gündən bağlanıb.

Xəbər verilir ki, park ərazisində fəaliyyət göstərən restoran, kafe və çayxanaların, eyni zamanda attraksionların fəaliyyəti dayandırılıb. Parkın ətrafı tam olaraq hasara alınıb.

Məsələ ilə bağlı rayon İcra Hakimiyyətindən bildirilib ki, Nərimanov Parkına giriş təmir məqsədilə dayandırılıb. Belə ki, parkda bu gündən əsaslı təmir işlərinə başlanıb.

Açıqlamada qeyd olunub ki, aparılacaq əsaslı təmir işləri çərçivəsində parkda tamet üzlüklərin dəyişdirilməsi, müasir oturacaqların quraşdırılması, fontan meydanının yenidən qurulması, yeni yaşıllıq sahələrinin yaradılması nəzərdə tutulur. 

Eyni zamanda parkın ərazisində yerləşən ictimai-iaşə obyektlərinin fasadlarının müasir üslubda təmiri, yeni işıq dirəkləri, eləcə də uşaqların, gənclərin, həmçinin yaşlı nəslin asudə vaxtlarının səmərəli, sağlam və əyləncəli keçirmələri üçün idman qurğularının quraşdırılması, uşaq meydançası və istirahət guşələrinin yaradılması da planlaşdırılıb.

Abadlıq və təmir işləri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33