Cümə, 10 May

“Xiaomi” elektromobillərin kütləvi istehsalına BAŞLAYACAQ

image

“Xiaomi” 2021-ci ilin mart ayında elektromobil istehsalına başlamaq planlarını açıqlayıb. İlk mərhələdə şirkət avtomobil bölməsinə 10 milyard yuan sərmayə qoymağı planlaşdırır. Kütləvi istehsalın 2024-cü ili ortalarında başlayacağı gözlənilir.

Xəbər verilir ki, şirkət bazarda sərt rəqabətlə üzləşəcək. Belə ki, yeni gənc markalar olan “Xpeng Motors” və “Li Auto” bu gün “Tesla” ilə bazar payını artırmaq uğrunda mübarizə aparırlar.

“Xiaomi”nin əsas biznesinə gəlincə, qlobal iqtisadiyyatda tənəzzül fonunda tələbin azalması səbəbindən smartfonların istehsalı azalıb.

2022-ci ildə Çində smartfonların tədarükü illik müqayisədə 14% azalaraq 287 milyon ədəd olub. “IDC”nin məlumatına görə, “Xiaomi”nin qlobal tədarükləri keçən il demək olar ki, 20% azalıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32