Çərşənbə, 08 May

Güclü külək bir neçə rayonda fəsadlar törətdi - YENİLƏNİB

image

Gədəbəydə bir neçə evin dam örtüyü dağılıb, elektrik təsərrüfatına ziyan dəyib.

Məlumata görə, axşam saatlarından başlayaraq əsən güclü külək nəticəsində Gədəbəy rayonunda və Şəmkirin bir neçə dağlıq kəndlərində elektrik təsərrüfatına ziyan dəyib, xətlər sıradan çıxıb.

Bir neçə evin dam örtüyü dağılıb.

Qeyd edək ki, elektrik enerjisinin verilməsində yaranmış problemin aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər aparılır.

18:44

Daşkəsəndə güclü külək səbəbindən elektrik və internetin verilişində fasilə yaranıb.

Məlumata görə, əsasən rayonun bir hissəsində elektrik naqillərinin sıradan çıxması nəticəsində elektrik enerjisinin verilməsi dayanıb.

Bir neçə saatdır yaranan problemin aradan qaldırılması istiqamətində işlər görülür.

Hazırda aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, rayon ərazisində küləkli hava şəraiti davam edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56