Cümə, 10 May

Metroda gediş haqqı 50 qəpik ola bilər - AÇIQLAMA

image

2020-ci ildə “Bakı Metropoliteni” QSC-də bir sərnişinin daşınma xərci 1,54 manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 1,03 manat və yaxud təxminən 3 dəfə çoxdur.

Maya dəyərində bu qədər artımın olması insanlar arasında metroda gediş haqqının artacağı ilə bağlı suallar doğurub.

Verilən məlumata görə, mövzu ilə bağlı “ölkə.az”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, metropoliten rəhbərliyi artıq 4-5 ildir maya dəyərinin yüksək olması ilə bağlı bəyanatlar verirlər:

“Bunlar qiymətin artırılması üçün zəmin yaradılmasına bənzəyir. Çünki ən son 2019-cu ildə – pandemiyadan əvvəl metropolitenin açıqladığı rəqəm hər sərnişin üçün 50-55 qəpik idi. O zaman da sanki qiymət artımı üçün zəmin hazırlanırdı”.

Ekspert bildirib ki, indi maya dəyərinin yüksək olması təbiidir:

“Çünki metro 1 ildir işləmir, ötən il cəmi 3 ay işləyib. Qiymətdə 3 dəfə artım bununla bağlıdır. Normal fəaliyyət göstərdiyi halda bu qədər artım da olmazdı. Lakin zaman-zaman bu tipli xəbərlər gündəmə gəlirsə, deməli, qiymət artımına zəmin hazırlanır. Metropolitendə açılışa yaxın qiymət artımının elan olunması mümkündür. Qiymətin çox artacağını düşünmürəm, ən azından gediş haqqının 50 qəpik civarında olması böyük ehtimaldır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25