Cümə axşamı, 09 May

GÖSTƏRİŞ VERİLDİ - Bu ölkələrə 50 milyon dollarlıq yardım

image

Kahramanmaraşda baş verən və Suriyada da can itkisinə səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardımlar gəlməkdə davam edir.

Xəbər verilir ki, ABŞ prezidenti Co Bayden Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş insanların vacib ehtiyaclarının ödənməsi üçün 50 milyon dollar yardım ayrılması barədə göstəriş verib.

Bayden 1962-ci il tarixli İmmiqrasiya və Qaçqınlara Yardım Aktı (MRAA) çərçivəsində ABŞ-ın Qaçqın və İmmiqrasiya Fövqəladə Yardım Fondundan (ERMA) zəlzələdən zərər çəkmiş qaçqınlar üçün 50 milyon dollardan çox olmayan yardımın milli maraqlara uyğun olduğunu vurğulayıb.

ABŞ prezidenti bəyan edib ki, qaçqınlara ev sahibliyi edən icmalara, zəlzələdən zərər çəkmiş qaçqınlara və köçkünlərə yardım göstərmək üçün toplanan yardım pulun qeyri-hökumət təşkilatlarına və beynəlxalq qurumlara ödənilməsi yolu ilə həyata keçiriləcək. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32