Çərşənbə, 08 May

Qarabağın erməni icması ilə görüş: “Bu, Azərbaycanın maraqlarına cavab verir”

image

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan nümayəndələriylə Qarabağın erməni icması arasında bölgədə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıların vasitəçiliyi ilə görüş keçirilib.

Görüş zamanı Qarabağdakı istehlakçıların elektrik enerjisi və qaz təchizatının bərpası ilə bağlı razılıq əldə olunub.

Bakı və Xankəndidə isə hesab edirlər ki, tanınmamış “DQR”in “dövlət naziri” Ruben Vardanyan istefaya göndəriləndən sonra Azərbaycan hakimiyyəti Qarabağ erməniləri ilə təmaslarını yenidən bərpa edəcək. Analitiklərin fikrincə, Vardanyan amilinin aradan qalxmasından sonra hazırkı separatçı qurumun tərkibində Azərbaycana qarşı loyal münasibət bəsləyənlər çoxluq təşkil edir.

Məsələ ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının sədri Rəşad Bayramovun sözlərinə görə, uzun müddətdir ki, həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı vasitəçi dövlətlər tərəfindən Azərbaycanın Qarabağdakı erməni icması ilə birbaşa danışıqlar aparması məsələsi gündəmə gətirilirdi.

“Prinsip etibarilə, bu, Azərbaycanın maraqlarına cavab verir. Çünki artıq Qarabağdakı erməni icmasının adından Ermənistan deyil, birbaşa erməni əsilli Azərbaycan vətəndaşları çıxış edirlər. Azərbaycan vətəndaşları ilə də oturub söhbət etməkdə Azərbaycan hakimiyyəti və dövlətinin hər hansı bir problemi yoxdur”, – deyə AMİP funksioneri danışıqların perspektivindən söz açarkən bildirib.

R. Bayramovun qənaətinə görə, bu baxımdan da bu cür təmasları müsbət qəbul etmək olar:

“Çünki ölkənin rəsmi mövqeyi ondan ibarətdir ki, biz ayrı-ayrı ölkələrdən ərazilərimizə ixrac olunmuş hər hansı bir şəxslə deyil, məhz torpaqlarımızda doğulmuş, boya-başa çatmış Azərbaycan Respublikasının vətəndaşı olan erməni icmasının nümayəndələri ilə hər zaman danışıqlar aparmağa hazırıq”.

“Bu günlərdə “Sputnik Armenia”nın yazdığı məsələ nə dərəcədə həqiqəti əks etdirir, deyə bilmərəm, amma belə bir təmas olubsa, bu, artıq o deməkdir ki, bizim istədiyimiz formada bu görüşlər keçirilir. Bu da müsbətdir”, – deyə siyasi şərhçi əlavə edib.

Partiya üzvünün fikrincə, əgər burada qondarma rejimin “rəhbərliyi”ndən hər hansı bir şəxs iştirak etmirsə, yaxud separatçı qurum adından danışıqlar aparılmırsa, əksinə, sadəcə Qarabağdakı erməni icması adı ilə bu cür təmaslar baş verirsə, təbii ki, bunu alqışlamaq lazımdır.

Politoloq düşünür ki, bu cür təmaslar növbəti perspektivdə artıq Ermənistan və özünü Qarabağda “qurum” elan edən terrorçu rejim olmadan oradakı əhali ilə daha tez dil tapmağa, habelə onların Azərbaycana daha tez inteqrasiya olmağına öz müsbət təsirini göstərə bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32