Şənbə, 27 Aprel

Siyavuş Novruzovdan prokurorluğa ÇAĞIRIŞ

image

Milli Məclisin iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov Azərbaycan əleyhinə xaricdə iş aparanlarla bağlı prokurorluq orqanlarına çağırış edib.

O bildirib ki, 18-ci əsrdə Avropadan Amerikaya at oğrusu, dana oğrusu, başkəsənlər gedib: “Amerika indi də ənənəsinə sadiqdir. Ayrı-ayrı ölkələrdə oğurluq edənlər, rüşvət alan, korrupsiya ilə məşğul olanlar ABŞ-a qaçıb, orada sığınacaq, status alırlar. Halbuki alimlərimiz, mütəxəssislərimiz sutkalarla ABŞ səfirliyinin qarşısında dayanır ki, viza alsınlar. Onlara da çox vaxt viza vermirlər”.

Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda oğurluqla məşğul olan, xalqın sərvətini talayan “Akkord” şirkətinin keçmiş rəhbəri hazırda ABŞ-dadır və ölkəmizə qarşı fəaliyyət  göstərir, xalqı etirazlara çağırır: “Cinayət Məcəlləsinin korrupsiya, vəzifə səlahiyyətlərinin aşılması, rüşvətxorluqla bağlı 15 maddəsini gözüyumulu ona tətbiq etmək olar. Amma ABŞ-da oturub Azərbaycan xalqına internet vasitəsi ilə dərs, ağıl verir, insanları itaətsizliyə çağırır. Deyir ki, Azərbaycanda tikilən binaların heç biri 8 ballıq zəlzələyə dözə bilməz. Özü də bina tikən, baş oğrulardan biri olub. Çəkdiyi bir yol idi, dağıldı. Quba yolunda milyonlarla vəsait oğurlanıb. Cinayət işi açaraq, həmin şəxsi ABŞ-dan bura gətirmək nə qədər böyük problemdir? ABŞ-da ölüm hökmü ilə yanaşı, ən ağır cinayət dövlət vəsaitini mənimsəmə, vergidən yayınmadır. Bu adam dövlət vəsaitini mənimsəyib, Azərbaycan Prezidentinə, rəhbər şəxslərə böhtan atmaqla məşğuldur. Bu cür adamların ABŞ-dan gətirilməsi məgər problemdir? Bunların maddəsi üstündədir, yığınlarla pul oğurlayıb. Hansı əsaslarla Azərbaycanda zəhmətkeşlərin adından danışır? Ona görə də prokurorluq orqanlarından xahiş edirik ki, bu məsələlərə də diqqət yetirsin və məsələ hüquqi yolla tənzimlənsin”.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33