Çərşənbə axşamı, 19 Mart

Şahzadə Diananın III Çarlzdan boşanmasına dair gizli məktubları üzə çıxdı: “Dizlərim üstə dayanmışam...”- FOTO

image

Şahzadə Diana ilə Kral III Çarlzın 90-cı illərin sonlarında səs-küylü boşanmasının yeni təfərrüatı məlum olub.

Diananın öz dostlarına göndərdiyi gizli məktublar onun Britaniya monarxı ilə boşanması prosesinin nə qədər ağrılı olduğunu əks etdirir.

Onun dostları Syuzi və Tarek Kasemə yazdığı 32 məktub hazırda hərraca çıxarılıb. Hərracdan əldə edilən vəsait isə Şahzadə Diananın sağlığında dəstəklədiyi müxtəlif xeyriyyə təşkilatlarına bağışlanacaq.

Məktubların 16 fevral 2023-cü il tarixində “Lay's Auctioneers” hərracında təxminən 111 000 dollara satılacağı təxmin edilir.

Satışa çıxarılacaq məktublardan biri 28 aprel 1996-cı il tarixində yazılıb və Diananın Çarlzla çətin münasibətlərində keçirdiyi hisslərdən bəhs edir.

“Mənə çox çətindir, təzyiqlər də ciddidir və hər tərəfdən təzyiq var. Bəzən başımı dik tutmaq çox çətindir. Bu gün isə dizlərim üstə dayanmışam və sadəcə istəyirəm ki, bu boşanma sona çatsın, çünki bunun əvəzi böyükdür”, - deyə şahzadə qeyd edib.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11