Şənbə, 27 Aprel

Böyrəyini satmaq istəyən şəxs və alıcı həbs edildi

image

Türkiyənin İstanbul şəhərində böyrəyini satmaq istəyən şəxs və alıcı həbs edilib.

Xəbər verilir ki, məhkəmə hər iki təqsirləndirilən şəxsə "orqan alveri və cinayətə vasitəçilik etmək" ittihamı ilə 1 il həbs cəzası verib.

Məlumata görə, Z.Əmrah "Təcili böyrəyimi satmaq istəyirəm" başlıqlı elan verib. Ancaq o, elanı özünün vermədiyini iddia edib.

Təqsirləndirilən T.Orxan isə "Böyrək xəstəsiyəm. Həftənin 3 günü dialezə gedirəm. Qohumlarımın böyrəkləri mənə düşmürdü. Oğlumun yanında işləyən Z. Əmrah böyrəyini mənə verməyə razı oldu. Bunun müqabilində heç bir pul istəmədi. Birlikdə xəstəxanaya müraciət etdik. Qanuna uyğun olmadığı üçün transplantasiya reallaşmadı. Bu iş üçün Əmraha pul verməmişəm", - deyə özünü müdafiə edib.

Məhkəmə əvvəlcə, Z.Əmrah  və T.Orxanın 5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Lakin məhkəmə təqsirləndirilən şəxslərin əməlinin gerçəkləşmədiyi və məhkəmə prosesi zamanı peşmanlıq hissi ilə hərəkət etdiklərinə görə hər birinin 1 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33