Çərşənbə, 08 May

Ukraynalı nazir və müavini vertolyot qəzasında öldü

image

Kiyev vilayətinin Brovarı qəsəbəsində helikopterin qəzaya uğraması nəticəsində Ukraynan Daxili İşlər Nazirliyinin rəhbəri Denis Monastırski həlak olub.  

Xəbər verilir ki, bu barədə Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko məlumat verib.

“Bu gün səhər, yanvarın 18-də Brovarıda Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri qəzaya uğrayıb. Təyyarə qəzası nəticəsində daxili işlər naziri, nazirin birinci müavini və dövlət katibi həlak olub”, - deyib.

Klimenkonun sözlərinə görə, hazırda 16 nəfər, o cümlədən 2 uşağın öldüyü məlumdur. O bildirib ki, ölənlərdən 9-u helikopterin göyərtəsində olub.

“22 zərərçəkən xəstəxanadadır, onlardan 10-u uşaqdır. Hadisə yerinə baxış davam edir”, – polis rəisi əlavə edib. 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56