Cümə, 26 Aprel

Maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillərə güzəşt olacaq - VİDEO

image

Hazırda ölkəyə idxal edilən və istehsal tarixi 3 ildən yuxarı, mühərrik həcmi isə 2500 kub/santimetrdən çox olmayan hibrid avtomobillərə əlavə güzəştlərin edilməsi üçün təkliflər hazırlanır.

Xəbər verilir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, hazırda idxal zamanı ƏDV-dən azad edilən bu kateqoriya avtomobillər üçün başqa güzəştlər də tətbiq oluna bilər.

Müşavir həddindən artıq köhnə olan avtomobil parkından da danışıb. Onun sözlərinə görə, ölkədəki avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ildən çoxdur. Təmiz ekologiyaya sahib olmaq və avtomobil parkının yenilənməsi üçün utilizasiya proqramı hazırlanıb. Yaxın vaxtlarda bu layihənin icrasına başlanacaq.

Rasim Səttarzadə Xəzər dənizində su səviyyəsinin düşməsinə də münasibət bildirib. Onun sözlərinə görə, suyunun artıb-azalması Xəzərə xarakterik hal olsa da, son illər bu azalma normaldan daha uzun çəkir.

Həmçinin suyun azalması dənizdə temperaturun artmasına və bioresursların bundan mənfi təsirlənməsində də gətirib çıxarır.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33