Cümə axşamı, 09 May

Bill Qeytsin boşanmasının səbəbləri açıqlandı - cütlüyün nikah müqaviləsi də yoxmuş

image

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts və xanımı Melinda Qeytsin boşanma xəbərləri dünya gündəminin maraq mövzusuna çevrilib.

Xəbər verilir ki, məşhur cütlüyün bu vaxta qədər nikah müqaviləsinin olmaması mətbuatın diqqətini cəlb edib.

TMZ portalının xəbərinə görə, boşanmaq haqqında ərizə Melinda tərəfindən verilib. Onun bildiridiyinə görə, Bill Qeytslə nikahları geridönməz şəkildə pozulub. Gələn informasiyalarda məhkəmə təqdim edilən ərizədə nikah sazişinin olmadığı təsdiqlənir. Bununla bərabər ər-arvadın daha öncə ayrı-ayrı yaşamaq barədə anlaşma imzaladıqları ortaya çıxıb.

TMZ-nin xəbərində dağılan cütlüyün məhkəmə iclasını vaxtının 2022-ci iln aprel ayında baş tutmasını arzu etdikləri bildirilib. Lakin prosesin tərəflərin qarşılıqlı razılığı əsasında daha tez başa çatacağı güman olunur.

Bill Qeyts və xanımı Melinda rəsmi olaraq boşanacaqlarıı ilə bağlı məlumatı bu ilin may ayını 3-də yayıblar. Onlar uzun düşüncələrdən sonra belə bir qərara gəldiklərini, lakin xeyriyyəçi fondda birgə fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıblar.

Bill Qeyts Melinda ilə 1994-cü ilin yanvar ayını 1-də evlənib. Onların Cenneifer Katarin, Rori Con və Fibi Adel adlı övladları da var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32