Cümə, 10 May

Qarlı hava səbəbindən Bakıda taksi qiymətləri artıb

image

Qarlı hava şəraiti üzündən Bakıda taksi qiymətləri artıb.

Əldə etdiyimiz məlumata görə, beynəlxalq taksi şirkətləri "Bolt" və "Uber" qiymətləri 60%-dən 3 dəfəyə qədər artırıb. Şəhər içində 1,4 km-lik məsafəni əvvəl 1,2 manata təklif edən "Bolt" hazırda qiyməti 2 manata kimi artırıb. "Uber" isə eyni məsafəyə görə, 3,3 manat qiymət müəyyən edib.

Qeyd edək ki, fərdi qaydada fəaliyyət göstərən taksi qiymətlərinin də kəskin artdığı bildirilir. Hətta 3-5 manatlıq məsafə üçün qiymətin 20-30 manat olduğu bildirilib.

Xatırladaq ki, Bakıda qeyri-sabit hava şəraitinin yanvarın 12-dək davam edəcəyi açıqlanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32