Bazar ertəsi, 29 Aprel

İsmayıllıda itkin düşən 21 yaşlı qadın Bakıda tapıldı

image

İsmayıllı rayonunda itkin düşən qadın tapılıb.

Məlumata görə, İsmayıllı rayon sakini, 2002-ci il təvəllüdlü Ayişə Məmmədova ötən il dekabrın 26-da Ruşan kəndində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun itkin düşməsi barədə İsmayıllı rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində Ayişə Məmmədova Bakı şəhərində tapılıb. Ailəli və bir uşaq anası olan Ayişə Məmmədova könüllü olaraq Bakı şəhərinə gəldiyini, geri qayıtmaq istəmədiyini və hazırda şokalad sexində işlədiyini bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov itkin düşən qadının tapılması ilə bağlı məlumatı təsdiqləyib, Ayişə Məmmədovanın izahatında öz xoşu ilə Bakı şəhərinə gəldiyini və heç kimdən şikayətçi olmadığını bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55