Cümə, 10 May

Qanunsuz ağac kəsiminə görə həbs cəzası verilə bilər

image

“Qanunsuz ağac kəsiminə görə həbs cəzası verilə bilər”.

Xəbər verilir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazirlik rəsmisi bildirib ki, qanunsuz ağac kəsiminə görə cəzaların sərtləşdirilməsi ilə bağlı layihə aidiyyəti üzrə təqdim olunub, yaxın zamanda layihənin qəbulu gözlənilir:

“Cərimələrin 4-5 dəfə sərtləşdirilməsi nəzərdə tutulub. Bu qərarın qüvvəyə minməsi ilə Bakıda vəzifəli şəxslər üçün 18-20 diametrində ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq. Hüquqi şəxslər üçün isə 8-12 diametrdə ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq, hətta həbs cəzası da verilə bilər”.

Xidmət rəisi vurğulayıb ki, bəzən Bakıda gecə saatlarında tikinti şirkətlərinin yaşıllıqları məhv etməsi halları müşahidə edilir, bu kimi faktların qarşısını almaq üçün qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32