Çərşənbə, 08 May

İbrahim Tatlısəs Dua Lipanın fotosunu həqiqi sandı - FOTO

image

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs britaniyalı müğənni Dua Lipanın “fake” fotosunu həqiqə sanaraq öz şəxsi hesabından paylaşım edib. 

Belə ki, sosial şəbəkələrdə Dua Lipanın kürəyində İbrahim Tatlısəsin fotosu ilə döyməsi olan montaj edilmiş fotosu yayımlanıb. “Döymədə” eyni zamanda Tatlısəsin səsləndirdiyi “Allah səni cəzalandıracaq” sözləri də əks olunub.

İbrahim Tatlısəs isə “photoshop” proqramı ilə hazırlanan fotonu həqiqi hesab edib və onu sosial şəbəkə hesabında paylaşıb. O paylaşımına “Cəsur və gözəl qızımıza təşəkkür edirəm” qeydini də əlavə edib.

Qısa müddətdən sonra həqiqəti öyrənən Tatlısəs paylaşımı silsə də izləyicilərin reaksiyaları bitib-tükənmək bilməyib.

Bundan sonra Tatlısəs “Twitter” hesabından mövzu ilə bağlı açıqlama verib:

“Mən Ajda Pekkanı tanıyıram, Hadisəni də tanıyıram. Dua Lipanı tanımağa və izləməyə vaxtım var? Məlum oldu ki, bunu başqa qıza ediblər, göndəriblər. Mən də ona təşəkkür etdim, paylaşdım. Pis niyyətlə etməmişdim”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56