Cümə, 17 May

Netanyahu və Zelenski arasında kritik müzakirə - Razılığa gələ bilmədilər

image

İsrail Baş naziri Binyamin Netanyahu Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığında BMT Baş Assambleyasında səsvermə zamanı ondan dəstək istəyib.

Xəbər verilir ki, bu barədə ABŞ-ın “Axios” portalı Ukrayna və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Noyabrın 11-də BMT-nin Xüsusi Siyasi və Dekolonizasiya Komitəsi Fələstin tərəfinin “İordan çayının qərb sahilinin uzunmüddətli işğalı” ilə bağlı hüquqi rəy almaq üçün Beynəlxalq Haaqa Məhkəməsinə müraciət etmək təşəbbüsünü təsdiqləyib. 98 ölkə lehinə, 17-si əleyhinə səs verib, 52 ölkə bitərəf qalıb. Dekabrın 30-da BMT Baş Assambleyası Fələstin məsələsi üzrə Haaqa Məhkəməsinə edilən bu müraciətin lehinə səs verib. 87 dövlətin nümayəndəsi qətnamənin qəbulunu dəstəkləyib. İsrail və ABŞ da daxil olmaqla 26 ölkə əleyhinə səs verib, 53 ölkə isə bitərəf qalıb.

Portal bildirir ki, İsrail baş naziri dekabrın 30-da BMT Baş Assambleyasında səsvermə öncəsi Ukrayna lideri ilə telefon danışığı aparıb. Netanyahu Zelenskidən qətnamənin əleyhinə səs verməsini istəyib. Ukraynalı rəsmi mənbənin dediyinə görə, Kiyev bundan əvvəl İsrailin Ukraynaya hərbi yardım göstərməkdən imtina etməsi səbəbindən bir neçə həftə əvvəl BMT komitəsinin səsverməsi zamanı qətnaməyə qarşı çıxmaq üçün İsrailin istəyini rədd etmişdi.

Məqalədə bildirilir ki, telefon danışığı zamanı Zelenski Ukraynanın qətnamənin əleyhinə səs verməsi və ya bitərəf qalması müqabilində İsrailin yeni hökumətinin siyasətini necə dəyişəcəyini və Ukraynanı raketdən müdafiə sistemləri və dronlarla təmin edəcəyini eşitmək istədiyini deyib.

Portalın ukraynalı mənbəsinin sözlərinə görə, Netanyahu heç bir öhdəlik götürməyib, amma gələcəkdə Zelenskinin istəyini müzakirə etməyə hazır olduğunu söyləyib. Amma Zelenski bu cavabı bəyənməyib və qətnamənin əleyhinə və ya bitərəf qalmağa razı olmayıb. Əvəzində Ukraynanın BMT-dəki daimi nümayəndəsinə səsvermədə iştirak etməməyi tapşırıb.

Ukrayna rəsmisinin “Axios”a verdiyi məlumata görə, bu qərar Netanyahu ilə gələcəkdə münasibətləri gücləndirmək “şans”ı vermək üçün verilib.

İsrail hökumətinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, Netanyahu Zelenski ilə danışıb. Bu dəfəki iddia ilə bağlı isə İsrail hökumətinin mətbuat xidmətindən verilən açıqlama belədir: “Baş tutan diplomatik müzakirələrə dair heç bir şərh yoxdur”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58