Şənbə, 27 Aprel

Ermənistan Rusiya-Belarus ittifaqına qoşulmağa məcbur edilir?

image

Son günlərdə Rusiya və Ermənistan rəsmiləri arasında yeni mübahisə mövzusu tapılıb. Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan rəsmi Moskvanı Ermənistanı zorla Rusiya-Belarus Birlik dövlətinə qoşulmağa məcbur etmək istədiyini söyləyib.

Qriqoryanın bu iddiasına Kreml sözcüsü Dmitri Peskov və Xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova sərt təpki göstəriblər.

Ermənistanda yerli siyasi ekspertlərin rəyi bu məsələdə yenə haçalanıb.

Musavat.com xəbər verir ki, bununla bağlı “Kavkazkiy uzel” saytında maraqlı yazı dərc olunub.

Lragir.am saytının rus versiyasının redaktoru, siyasi müşahidəçi Naira Ayrumyanın fikrincə, Moskva, eləcə də rusiyayönlü siyasi qüvvələr Ermənistana, o cümlədən ittifaq dövlətinə qoşulmaq baxımından həqiqətən təzyiq göstərirlər.

O hesab edir ki, Rusiyaya Ermənistanın  asılılığı və loyallığı da lazım deyil:

“Moskva sadəcə dekabrın 30-da SSRİ-nin yaradılmasının 100 illiyi ilə bağlı yeni “birlik” layihəsini elan etməyə çalışır və Ermənistanın bu məsələdə ciddi önəmi var. “Böyük bir layihə üçün təkcə Rusiya və Belarus kifayət etməyəcək”, - deyə Ayrumyan bildirib.

Ermənistanın Konstruktiv Partiyasının rəhbəri, politoloq Andrias Qukasyan isə Ermənistana Rusiya və Belarusun ittifaq dövlətinə qoşulması üçün hər hansı təzyiqin olduğuna şübhə edir. Onun fikrincə, Ermənistana əsl təzyiq göstərən ABŞ, Fransa və Avropa İttifaqıdır.

Qukasyanın sözlərinə görə, Ermənistan Rusiyanın müttəfiqidir və Qərbə qarşı onunla eyni düşərgədədir. "Rusiya rəhbərliyi tərəfindən Ermənistan rəhbərliyinə heç bir təzyiq müşahidə etmirəm, əksinə, həmrəylik, qarşılıqlı anlaşma və birgə iş görürəm. Paşinyan iqtidarı nəyin bahasına olursa-olsun öz hakimiyyətini saxlamaq istəyir. Buna görə hazırkı hökumət ölkəsini hətta Birlik dövlətinə belə qata bilər”,-deyə  o vurğulayıb.

Qukasyanın rəyinə əsasən, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın da bəyanatı əslində, qoşulmanın təzyiq altında baş verdiyini ört-basdır etmək üçündür.

Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryanın fikrincə, reallıqda ittifaq dövləti yoxdur. Bu, daha çox Rusiya ilə Belarusun siyasi ittifaq vasitəsilə büdcələrinin uyğunlaşdırılması layihəsidir.

İsgəndəryan Ermənistanın bu gün bir çox sahələrdə Belarusla müqayisədə Rusiyadan daha çox asılı olduğunu vurğulayır. Çünki Belarusun Ermənistan kimi Rusiyanın təhlükəsizlik dəstəyinə kəskin ehtiyacı yoxdur.

İskəndəryanın fikrincə, həm Ermənistanda, həm Rusiyada, həm də Belarusda ittifaq dövləti haqqında bəyanatlar əsasən “müqəvva” kimi istifadə olunur. Bunu demələrinin səbəbləri hər kəs üçün fərqlidir. Ermənistanda bu, “Rusiyadan daha çox asılılıq qorxusu” və ya əksinə, belə bir “asılılıq arzusudur”.

Erməni analitikin bildirdiyinə görə,  belə bir asılılığın istənilən formasının Ermənistana nəsə verə biləcəyini təsəvvür etmək çətindir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36