Şənbə, 27 Aprel

“Talıbovun diplomunun saxta olduğunu sübut etmək...” - Mərdanovdan qalmaqallı açıqlama

image

“Səsləndirilən iddialar tamamilə yalandır. Əvvəla, o diplomun saxta olub-olmadığını sübut etmək lazımdır”.

Xəbər verilir ki, bu sözləri açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov deyib. O, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq eks sədri Vasif Talıbova saxta diplom verməsi barədə iddiaları yalanlayıb:“İkincisi, məhz o diplom verilən zaman təhsil naziri vəzifəsində çalışırdım. Üçüncüsü də, bir ildə ali məktəbi 3 min adam bitirirsə, rektor bütün diplomlara cavabdehdirmi?!”, - deyə o söyləyib.

Qeyd edək ki, Milli Məclisin deputatı Etibar Əliyev Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun saxta diplom aldığını yazıb.

V.Talıbova BDU-da hüquqşünas ixtisası üzrə saxta diplom verən şəxsin BDU-nun eks rektoru, sabiq təhsil naziri Misir Mərdanov olduğu deyilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33