Çərşənbə axşamı, 07 May

İranda molla rejimi 16 yaşlı qızı öldürdü- Etirazçılar şəhərlərə od vurdular

image

İranda etiraz aksiyaları hər gün daha da genişlənir.

Xəbər verilir ki, Tehranın Səadətabad məhəlləsində etirazçılar molla rejiminə qarşı "Bu il qan ilidir, Seyid Əli devrilməlidir" şüarları səsləndirərək yolları bağlayır və aksiya hazırlığı görüblər. Etirazçılar ETTELAAT Nazirliyinə məxsus nəzarət kamerasını yandırıblar. Sosial mediada yayılan videolara əsasən, Tehranda bir çox bankomatlar ya işləmir, ya da nağd ödəniş xidməti aktiv deyil.

Qərbi Azərbaycan əyalətində də aksiyalar davam edir.  Sənəndəc şəhərində etirazçılar təkərlər yandıraraq yolları bağlayıb və anti-bökumət şüarları səsləndirirlər: "Diktatora ölüm olsun!", "Xameneyiyə ölüm olsun!" Kamyaran şəhərində etirazçı gənclər küçələrdə tonqal yandıraraq yolu bağlayıb.

Təbrizdə 16 yaşlı məktəbli qız məcburi hicab qaydalarına əməl etmədiyi üçün hökumət qüvvələri tərəfindən hücuma məruz qalıb və başından aldığı zərbələr nəticəsində həyatını itirib.  “Azərbaycan İnsan Haqları Cəmiyyəti-ƏRK”-in verdiyi məlumata görə, Həsti Həsənpurun dekabrın 7-də öldürülməsinə baxmayaraq, ailəsi hadisəni ictimailəşdirməməsi ilə təhdid edilib.

İran hökumətinin sözçüsü Əli Bəhadori Cəhromi Həmədandakı Əbu Əli Sina Universitetindəki çıxışı zamanı öyrəncilər tərəfindən boykot edilib.

Rejimin etdiklərinə etiraz olaraq İranın Rəşt şəhərində daha bir mollanın əmmaməsi gənclər tərəfindən yerə atılıb. Rudbar şəhərində narazı gənclər Molotov kokteyli ilə daha bir “Bəsic” qüvvələrinin bazasına od vurub. Qum elmi-dini hövzəsinin ruhanisi Arəş Hünərvər Şucayi İranın dini rəhbəri Xameneyini yer üzünün fitnə-fəsad törədən şəxsi adlandırıb və onun cəzalandırılmasını tələb edib.

Kərəc şəhərinin Mehrşəhr bölgəsində yarımhərbi və radikal “Bəsic” qüvvələrinin bazası etirazçılar tərəfindən yandırılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24