Çərşənbə, 08 May

“Oskar”a namizədlər AÇIQLANDI

image

ABŞ-ın Kino Sənətləri və Elmlər Akademiyası bu il nüfuzlu “Oskar” mükafatı uğrunda mübarizə aparacaq 10 namizədin qısa siyahısını açıqlayıb.

Xəbər verilir ki, bu barədə qurumun saytında məlumat verilib.

“Ən yaxşı bədii-sənədli film” nominasiyasında mümkün namizədlərin siyahısına rejissor Daniel Roerin çəkdiyi (Navalnıy, 2022) filmi daxildir.

Bildirilib ki, 144 sənədli filmdən bu kateqoriyada 15-i seçilib, onlardan yalnız beşi sonradan mükafata namizəd olacaq.

İddiaçılar arasında, hindistanlı Şaunak Senin (All That Breathes, 2022), amerikalı Marqaret Braunun (Descendant, 2022), amerikalı Laura Poitrasın (All the Beauty and the Bloodshed, 2022), Sara Dosanın (Fire of Love, 2022), Tia Lessin və Emma Pildsin (The Janes, 2022), Brett Morgenin (Moonage Daydream, 2022) filmləri yer alır.

“Ən yaxşı xarici film” kateqoriyasında “Oskar”a iddiaçıların qısa siyahısı da açıqlanıb.

Siyahıya 15 film daxildir: Santyaqo Mitrenin (Argentina, 1985, 2002), avstriyalı rejissor Mari Kreuzerin (Corage, 2022), belçikalı Lukas Dontun (Close, 2022), fransız Elis Diopun (Saint Omer, 2022).

Qeyd edək ki, hazırda mükafat 23 nominasiya üzrə verilir. Bundan əvvəl Kino Sənəti və Elmləri Akademiyasının mətbuat xidməti 95-ci “Oskar” mərasiminin 2023-cü il martın 12-də keçiriləcəyini açıqlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56