Çərşənbə, 08 May

Oğlunun “ciyəraxşamı”nda qumar təşkil edən ata həbs edildi

image

Beyləqanda qumar oynayanlar cərimələnib, təşkilatçı həbs edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini S.Mehdiyevin evinin qarşısında qumar mərasimi təşkil etdiyi müəyyən olunub. S.Mehdiyev və orada olan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilib.

Qərara əsasən 9 nəfərə 3 min manat inzibati cərimə, mərasimin təşkilatçısına isə 5 gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilib.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə S.Mehdiyevin övladının kiçik toy mərasimi ilə əlaqədar keçirilən “ciyəraxşamı” mərasimində baş verib. Həbs edilən S.Mehdiyevin övladının bu gün kiçik toy mərasimidir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56