Şənbə, 18 May

Lavrov anonsunu vermişdi - Rus donanması hərəkətə keçdi

image

Rusiya Müdafiə Nazirliyi Sakit Okean Donanmasının gəmi eskadrilyasının “Varyaq” kreyserinin rəhbərliyi altında Rusiya-Çin hərbi dəniz təlimlərində iştirak etmək üçün Vladivostokdan açıq dənizə yola düşdüyünü açıqlayıb.

Xəbər verilir ki, birgə təlimlər dekabrın 21-dən 27-dək Şərqi Çin dənizinin akvatoriyasında keçiriləcək.

Təlimlərin aktiv mərhələsində hava hədəflərinə birgə raket və artilleriya atışları həyata keçiriləcək, sualtı gəmilər əleyhinə əməliyyat ssenariləri məşq ediləcək.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, NATO və Avropa ölkələrinin addımları Asiya-Sakit okean regionunda partlayıcı vəziyyət yaradır. Nazir buna cavab olaraq Rusiya və Çinin hərbi əməkdaşlığı gücləndirdiyini və birgə təlimlər keçirəcəyini demişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41