Cümə, 10 May

İnsulta qarşı möcüzəvi içki – quşüzümü suyu

image

ABŞ Kənd Təsərrüfatı Nazirliyi ürək xəstəlikləri, insult və diabet riskini azaldan içki kəşf edib.

Xəbərə görə, gündə iki stəkan quşüzümü suyunun insult və ya ürək xəstəlikləri riskini azaltdığı məlum olub. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin apardığı araşdırma zamanı 56 iştirakçıya kontrollu diyetlər tətbiq olunub. 28 iştirakçıya gündə iki stəkan quşüzümü suyu içirdilib, 28 iştirakçıya isə normal qidalanma təklif edilib.

“Daily Mail” saytında yer alan xəbərdə səkkiz həftə sonra iştirakçıların qan təzyiqi, qan şəkəri və qan lipidlərinin ölçüldüyü və nəticələrə əsasən, quşüzümü suyu içənlərin göstəricilərinin müsbət çıxdığı qeyd olunub.

Mütəxəssislər quşüzümünün tərkibində olan polifenolların çox güclü antioksidantlar olduğunu vurğulayıb. Onların fikrincə, quşüzümü bu baxımdan çox zəngindir. Quşüzümündə alma, qaragilə, üzüm və zoğaldan daha çox polifenol mövcuddur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32