Şənbə, 27 Aprel

Quba yolundakı qəzada ölənlər dəmiryolçular imiş - YENİLƏNİB + FOTO/VİDEO

image

Bu gün Bakı-Quba yolunda baş vermiş dəhşətli yol qəzasında vəfat edənlər dəmir yolu xəttinin çəkilməsində iştirak edən podratçı şirkətin əməkdaşları olublar.

Əldə etdiyimiz məlumata görə, hadisə dəmiryolçular səhər işə gedərkən qeydə alınıb. Hazırda onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində iş aparılır. 

Hadisədən sonra vəfat edənlərin meyitləri Sumqayıt Şəhər Xəstəxanasının morquna gətirilib.

11:57

Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan TIR sürücüsü Atayev Elçin Arif oğlunun xəstəxanada müalicəsi davam etdirilir.

Xəbər verilir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. 

11:43

Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan TIR sürücüsü Atayev Elçin Arif oğlu xəstəxanada ölüb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

11:11

Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan sürücü Atayev Elçin Arif oğlu xəstəxanaya yerləşdirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-a bildirilib ki, Bakı-Quba yolunda baş verən hadisə nəticəsində bir nəfər Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib:

“1992-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili Tibbi Yardım Bölməsində davam etdirilir. Vəziyyəti orta ağırdır”.

10:40

Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes Vito” markalı avtomobillə TIR toqquşub. Hadisə zamanı “Mercedes Vito”da altı nəfər ölüb, TIR sürücüsü isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, xilasetmə tədbirləri görülür.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36