Çərşənbə axşamı, 30 Aprel

Rusiya daha bir nüvə raketini atəş vəziyyətinə gətirib

image

Rusiyanın Kaluqa vilayətində yerləşən hərbi hissələrdən birində “Yars” qitələrarası ballistik raketi atəş şaxtasına yerləşdirilib.

Xəbər verilir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, raketin yüklənməsi xüsusi texnikanın köməyi ilə bir neçə saat ərzində həyata keçirilib.

Bildirilib ki, daha bir nüvə raketinin istifadəyə verilməsi Rusiyanın qarşısına qoyduğu istənilən strateji hədəflərə çatmasına şərait yaradacaq.

Həmçinin qeyd olunub ki, “Yars” Rusiya strateji raket kompleksi olub, başlığı ayrıla biləndir və “Topol-M” raket kompleksinin modifikasiya olunmuş versiyasıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42