Çərşənbə axşamı, 30 Aprel

Ukraynada 10 milyona yaxın insan işıqsız qalıb

image

Ukraynada 10 milyona yaxın istehlakçı işıqsız qalıb, qış ərəfəsində 630 mindən çox insana humanitar yardım edilib.

Xəbər verilir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Ukraynaya kömək məqsədilə Parisdə təşkil olunan beynəlxalq konfransın iştirakçılarına videomüraciətində bildirib.

Ukrayna hökumətinin məlumatına görə, ölkənin enerji infrastrukturunun 50 faizi Rusiya Silahlı Qüvvələrinin raket hücumu nəticəsində məhv edilib.

Ukraynanın Baş naziri Denis Şmıqal dekabrın 9-da etiraf etmişdi ki, bütün İstilik Elektrik Stansiyaları (İES), Su Elektrik Stansiyaları (SES) və yüksək gərginlikli elektrik şəbəkəsi obyektlərinin 40 faizi müxtəlif dərəcədə zədələnib. Bu səbəbdən ölkədə qış fəsli boyunca elektrik enerjisi istehlakı ilə bağlı məhdudiyyətlər mövcud olacaq.

Xatırladaq ki, keçən ayın sonunda Ukrayna Prezidenti Vladimir Zelenski çıxışı zamanı 6 milyondan çox abonentin işıqsız qaldığını bildirmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42