Cümə, 17 May

Bölgədə vəziyyət qəlizləşir

image

“Putin anlayır ki, vəziyyət qəlizdir və elə buna görə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, nəbz yoxlaması həyata keçirir”.

Xəbər verilir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyanın Ermənistanla Azərbaycan arasında sülhyaratma prosesinə mane olduğunu söyləyib:

“Bizə mane olan Rusiya Prezidenti Vladimir Putindir. O, Azərbaycanın Qarabağda suverenliyinin bərpasını istəmir. Sülhməramlıların komandiri, general Volkov əmr quludur. O, bu saat telefonun başında oturub Moskvadan təlimat gözləyir ki, yolda çadır quran azərbaycanlı fəallara qarşı hansı tədbirləri görsün və ya görməsin.

Putin anlayır ki, vəziyyət qəlizdir və elə buna görə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, nəbz yoxlaması həyata keçirir.

Rusiya hərbi kontingenti və erməni separatçıları üçün iki illik rahat həyat bitib, bundan sonra yoldan kefləri istədikləri kimi istifadə edə bilməyəcəklərini anlayıblar. Bizi gərgin illər gözləyir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58