Çərşənbə, 08 May

Niderlandlı qapıçı: “Messi də bir insandır”

image

Niderland millisinin qapıçısı Andris Noppert Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/4 finalında Argentina millisinə qarşı oyuna hazır olduğunu bildirib.

28 yaşlı qapıçı əmindir ki, komanda yoldaşları Lionel Messini “zərərsizləşdirə” biləcəklər. 

“Messiyə qarşı mübarizə aparmağa və onun penalti zərbələrini dəf etməyə hazıram. O da səhv edə bilər, biz bunu turnirin əvvəlində gördük (Messi qrup mərhələsində Polşa ilə oyunda penaltini qola çevirə bilmədi – red.). Messi zərbə üçün həmişə eyni ayaqdan istifadə edir. O da bizim kimi bir insandır”, - deyə “Herenven” klubunun qolkiperi söyləyib.

Qapıçı əlavə edib ki, hazırda Niderland millisinin güclü müdafiəçiləri var.

“Qarşıdakı matç məni narahat etmir. Məqsədim titul qazanmaqdır. Bunun üçün çalışacağıq və mübarizəmizi davam etdirəcəyik”, - deyə Andris Noppert fikrini tamamlayıb.

Xatırladaq ki, Niderland-Argentina oyunu sabah Bakı vaxtı ilə saat 23:00-da start götürür.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56