Şənbə, 18 May

Şolts: “Aİ Ukraynaya 18 milyard avro ayırmağa razı olmalıdır”

image

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqının 2023-cü ildə Ukraynaya 18 milyard avroluq maliyyə yardımı barədə razılığa gələcəyini gözləyir.

Məlumata görə, bu barədə o, Tiranada Aİ-Qərbi Balkan sammitində deyib.

“Bu vəsaitlər təcili tələb olunur, onlar ayrılmalıdır. Mən bunu edəcəyimizə əminəm”, - deyə o, bildirib.

Şolts bunun üçün Aİ-nin bütün 27 ölkəsinin razılığının lazım olduğunu xatırladıb.

Noyabrın əvvəlində Avropa Komissiyası 2023-cü il ərzində Ukraynaya 18 milyard avro həcmində iqtisadi yardım göstərmək planını irəli sürüb. Avropa Parlamentinin deputatları artıq bunu dəstəkləyib, lakin Aİ ölkələrindən biri - Macarıstan hələ ki, razılığını verməyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41