Şənbə, 27 Aprel

Deputatdan Fransaya etiraz və ilginc təklif

image

Parlamentin bugünkü plenar iclasında çıxış üçün söz alan deputat Sahib Əliyev deputatların nəzərinə Fransa Milli Assambleyasının Azərbaycan və Qafqazda sülh əleyhinə olan qətnaməsi ilə bağlı çıxışıının stenoqramını təqdim edib.

Deputat öz çıxışında bildirib ki, Fransa Senatının ardından parlamentin alt palatası Milli Assambleyanın da bizim üçün könül bulandırmaqdan və guya böyük görsənməyə çalışanların nə dərəcədə kiçik, cılız olduqlarını ortaya qoymaqdan başqa heç bir önəm daşımayan qətanamələri burada kağız parçası adlandırıldı, amma belə deməklə bələkə də, kağız kimi qiymətli bir materiala haqsızlıq edirik.

Deputatın fikrincə, Fransada qəbul olunan qətnamələr sadəcə, iddiası ilə potensialı üst-üstə düşməyənlərin, Azərbaycana təzyiq yoluyula sövdələşəməyə cəhd edən riyakarların növbəti sərsəmləmələridir: “Fransa da, ona 44 günlük savaş zamanı qoşulmuş və yəqin yenə qoşulacaq digərləri də gec-tez anlayacaqlar ki, bu cür davranışlarala onlar öz məqsədlərinə çata bilməyəcəklər. İlk növbədə ona görə ki, qarşılarındakı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderlik etdiyi ləyaqətli olduğu qədər də qətiyyətli bir millət və dövlətdir.

Ola da bilsin ki, rəsmi Paris Ermənistanı 169 il öncə qamarladığı dənizaşırı departamentlərindən olan Yeni Kaledoniya gözündə görür, amma nə Qarabağ sonradan Kaledoniyaya qatdığı Metyu və Hanter adalarıdır, nə də Azərbaycan həmən üç adanının əlindən alındığı Vanuatu deyil. Azərbaycanın Vanuatu olmadığını həmən Fransa ikinci Qarabağ savaşı zamanı BMT-də, iki həftə öncə isə Beynəlxalq Frankofoniya Təşkilatının Tunisdəki Zirvəsində əleyhimizə hazırladığı qətnaməni keçirə bilməməklə gördü. Amma təəssüf ki, o dövlətin başında heç bir baxımdan yerində olmayan, öz təbirlərincə desək, “inadekuat” biri dayandığından hələ düzgün nəticə çıxarmırlar.

Ona görə də, yenə də, keçən dəfə bir neçə həmkarımın və mənim irəli sürdüyümüz təklifin üzərinə qayıdıram, fikrimcə, biz Fransanın bu riyakarlığını təkcə pisləməklə kifayətlənməməli, gərəkən digər addımlar da atmalıyıq. Sərhədlərindən 10, 12, hətta 15 min kilometr uzaqlarda yerləşən 13 ayrı-ayrı torpaqları özününküləşdirən bir ölkənin təcavüzündən əziyyət çəkən dövlətlərə parlament diplomatiyası çərçivəsində dəstəyimizi bildirməliyik”.

S.Alıyevin sözlərinə görə, Fransa Mərakeşin 3, Surinamın Qviana qarışıq bir neçə, Qəmərin Mayottu, Mavrikin Tromlen adalarını ələ keçirib öz deparatment, yaxud da torpaqları kimi təqim etdiyindən sözügedən ölkələrlə arasında neçə illərdir davam edən qarşıdurma var: “Fikrimcə, biz həmən ölkələrin parlamentlərinə haqlı davalarında dəstəyimizi çatdırmalı, uyğun zamanlarda bununla bağlı qətnamə hazırlamalıyıq.

Fransa kimi ölkələrin sülhpozucu hərəkətlərindən ruhlanaraq revanşizmə meyllənən qonşularımıza gəldikdə, birinci dünya savaşı zamanı onlardan faydalanıb sonra da necə taleyin ümidinə buraxıldıqlarını xatırlasınlar. Fransanın din pərdəsi adı altında atdığı addımlara çox da güvənməsinlər. Hansısa marağı potensialının imkan verdiyi həddə təmin olunduğu halda yenə eyni davranış sərgiləyəcək. Çünki imperiyalarda din və iman olmur, dəyişməyən maraq olur”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33