Çərşənbə, 08 May

Sahibə Qafarova:“Bu qətnaməni qəti şəkildə rədd edirik”

image

Milli Məclisin növbəti plünar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova bildirdi ki, Fransa Senatından sonra bu ölkənin Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi yolverilməzdir.

Parlament sədri qətnamənin riyakarlıq olduğunu söylədi: “Bu qətnaməni qəti şəkildə rədd edirik və riyakarlıq olaraq qəbul edirik. 30 il ərzində Azərbaycan və Ermənistan arasında münaqişədə nəticənin əldə edilməməsinin səbəbi vasitəçi dövlətin bitərəf olmasıdır. Bu qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 illik cinayəti, eyni zamanda, müharibə dövründə 9 şəhərimizi bombalaması qeyd olunmayıb”.

S.Qafarova qeyd etdi ki, qətnamədə Azərbaycana qarşı ucuz siyasi sifariş açıq görünür: “Hər kəsə aydındır ki, Fransanın qara tarixi işğallarla doludur və bu silinməzdir. Bu gün Azərbaycan beynəlxalq şəkildə əlaqələrini gücləndirir, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri görür”.

Spiker qeyd etdi ki, bu, Fransanın səhvi deyil, çünki səhv bilməyərəkdən olur, bu, düşünülmüş siyasətdir.

Digər deputatlar da Fransa Milli Assambleyasının qətnaməsinə etirazla bağlı mövqelərini bölüşdülər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32