Cümə axşamı, 09 May

Ukraynanı sevindirən xəbər – İmtina edilmiş ideya gerçəkləşir

image

“NATO ölkələrinin paytaxtlarında liderlər genişmiqyaslı müharibənin ilk günlərində imtina edilmiş ideyanı - Ukraynanı döyüş təyyarələri ilə təmin etmək fikrini nəzərdən keçirirlər”.

Xəbər verilir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüdçü admiralı və NATO-nun Müttəfiq Qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis deyib.

Onun sözlərinə görə, bu, sovet dövründən qalma MiQ-29-lara və ABŞ F-16-larına aiddir.

“Ukrayna üzərində hava müharibəsində rusların üstünlüyü var. Əvvəla, onların Suriyada döyüş təcrübəsi qazanmış güclü hava qüvvələri mövcuddur. Rusiya Hərbi Hava Qüvvələri Suriya şəhərlərini toza çevirib”, - Stavridis bildirib.

Admiral vurğulayıb ki, Qərb hava müharibəsi aparmaq üçün Ukraynaya daha çox kömək etməlidir:

“Ukraynalılara öz səmalarını bağlamaq üçün daha çox vasitənin verilməsi, Zelenski və ordusunun yerdə qazandığı uğurları nəzərə alsaq, rusları nəhayət, bəlkə də bu yazda danışıqlara başlamağa vadar etmək üçün əsas ola bilər”.

Stavridis Ukraynanın artan sayda yüksək texnologiyalı hava-yer raket (“Dəmir Günbəz”) və NATO-nun "Patriot" müdafiə sistemləri, eləcə də taktiki döyüş təyyarələri alacağını proqnozlaşdırır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32