Şənbə, 27 Aprel

Şəhriyar Məmmədyarov turnirə qələbə ilə başladı

image

Hindistanda Kəlküttə şəhərində şahmat üzrə “Tata Steel İndia” rapid turniri başlayıb.

Xəbər verilir ki, bu gün start götürən yarışda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov da iştirak edir.

Turnirin ilk günündə 3 oyun keçirən “Şah” hər üç qarşılaşmadan qalibiyyətlə ayrılıb. İlk oyununda qara fiqurlarla hindistanlı Qukeşə qalib gələn Məmmədyarov ikinci görüşündə onun həmyerlisi Sethuramanı ağ fiqurlarla udub.

Günün son matçında amerikalı Uesli Sonu məğlub edən Azərbaycan qrossmeysteri 3 oyundan sonra 3 xalla turnir cədvəlinin lideridir.

Qeyd edək ki, qalibin 10 min ABŞ dolları qazanacağı turnirə dekabrın 1-də yekun vurulacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33