Cümə, 26 Aprel

Bu ölkədə yenidən karantin qaydaları sərtləşdirildi

image

Çində COVİD-19 ölümləri ilə bağlı tədbirlər sərtləşdirilib.

Xəbər verilir ki, pandemiya səbəbiylə ölüm hallarının qeydə alındığı Çinin paytaxtı Pekində bəzi məktəblər bağlanıb.

Belə ki, noyabrın 19 və 20-də Pekində yaşı 87-91 arasında olan üç nəfər koronavirus xəstəsi  vəfat edib.

Noyabrın 20-də paytaxtda ümumilikdə 962 yeni yoluxma faktı aşkar edilib ki, onlardan 266-sı karantin zonalarından kənarda qeydə alınıb. 

Sürətli artımla yanaşı, digər şəhərlərdən Pekinə gələnlərə üç günlük karantin tələbi qoyulub. 

Pekin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktor müavini Liu Xiaofeng noyabrın 21-də keçirdiyi mətbuat konfransı zamanı ölkədə vəziyyətin kritik olduğunu açıqlayıb:

"Şəhər koronavirus pandemiyası başlayandan bəri ən mürəkkəb nəzarət vəziyyətini yaşayır".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33