Şənbə, 27 Aprel

Rəsmi Tehran İranla bağlı qərara etiraz etdi

image

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranla bağlı qərarını siyasi hesab etdiklərini bildirib.

Xəbər verilir ki, bunu İranın XİN başçısı mətbuat konfransı zamanı vurğulayıb.

O qeyd edib ki, qərar həqiqəti əks etdirmir:

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qərarına lazımi cavabı verəcəyik”.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın üç nüvə obyektində əvvəllər bəyan olunmamış uran hissəciklərinin aşkarlanması və iyunun 8-də İran əleyhinə qərar çıxardığı üçün araşdırmaya başlayıb.

Həmçinin, İranın nüvə obyektləri ilə bağlı verdiyi cavabları indiyədək yetərli görməyən MAQATE 17 noyabr cümə axşamı günü 35 ölkədən 26-nın səsini alıb və İranı agentliklə əməkdaşlıq etməməkdə ittiham edərək ikinci qərarını verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33